23 noyabr 2026 01:46
147

ABŞ-da 242 uçuş ləğv edildi, 5700-dən çox reys gecikdi

"FlightAware" portalının məlumatına əsasən, noyabrın 22-də ABŞ-da təxminən 6000 uçuş ya ləğv edilib, ya da gecikib.

“İki sahil”in məlumatına görə, portal bildirir ki, gün ərzində ABŞ-da 5700-dən çox uçuş gecikib, daha 242 uçuş isə ləğv olunub.

Daha əvvəl "The New York Post" qəzeti xəbər vermişdi ki, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan "Delta Air Lines"ın Corciya ştatının Atlanta şəhərindəki hava limanında yerləşən elektron sistemində yaranan nasazlıq yüzlərlə uçuşun gecikməsinə səbəb olub.