Serbiyada müxalifət qüvvələri parlamentin heç bir komitəsinə başçılıq etməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün parlamentdə baş tutan məsləhətləşmələrin ardınca "Aleksandar Vuçiç - Serbiya qalib gəlir" parlament fraksiyasının lideri Aleksandar Vuçiç açıqlama verib.
Vuçiçin fikrincə, mövcud vəziyyətdə komitələrin işində iştırakın heç bir mənası yoxdur, lakin son qərar sabah elan ediləcək.
Vuçiç vurğulayıb ki, müxalifətin komitələrin fəaliyyətində, onun öz ifadəsi ilə desək, "alçaldıcı formada" iştirak etməməsi ehtimalı daha böyükdür.
O həmçinin bildırib ki, məsləhətləşmələr qısa müddətə başa çatıb və hakimiyyət tərəfinin nümayəndələri öz təkliflərini təqdim ediblər.
Avropa Komissiyası rusiyalı hərbçilər və turistlər üçün viza qaydalarını sərtləşdirib
Merts: Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri almalıdır