23 yanvar 2017 23:55
377

6,6 milyon dollara satılan Mercedes

Əlli il əvvəl SSRİ-dən gətirilmış “Mercedes-Benz” 6,6 milyon dollara satılıb

ABŞ-da keçirilən hərracda 50 il bundan öncə SSRİ-dən gətirilmış unikal “Mercedes-Benz” avtomobili 6,6 milyon dollara satılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Sotheby's” satış evinin məlumatına əsasən, “540K Special” modeli əsasında damı çıxarıla bilən cəmi 25 ədəd ikinəfərlik “roadster” istehsal olunub. Satışa çıxarılan model 1939-cu ilin nümunəsidir.

İkinci Dünya müharibəsindən sonra həmin avtomobil sovet diplomatlarının əlinə düşüb və sonradan Moskva şəhərinə aparılıb. Orada avtomobili məşhur kolleksiyaçı Artur Leştin əldə edib. Sonradan isə “Mercedes-Benz” isveçli tərcüməçi Alf Yohansenə satılıb.