“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iqtisadiyyatın inkişafına verilən kreditlər ölkə üzrə ən aşağı faiz dərəcəsindədir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən naxcivantv.az saytına verilən məlumata görə iqtisadiyyatın bütün sahələrini əhatə edən kredit qoyuluşunun ümumi həcmi 1 oktyabr 2016-cı il tarixə muxtar respublika üzrə 103 milyon 831 min manat təşkil edir. Partfelin 9 milyon 513 min manatı qısa müddətli, 94 milyon 318 min manatı isə uzun müddətli kreditlərin payına düşüb.“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iqtisadiyyatın inkişafı üzrə verilən kreditlərin fazi dərəcəsi isə ölkə üzrə ən aşağı göstəricidir. “Naxçıvanbank” tərəfindən illik faiz dərəcələri kənd təsərrüfatı və biznes üzrə 15 faiz, istehlak kreditləri üzrə 18 faiz, kart kreditləri 20 faiz, avtomobil kreditləri üzrə18 faizdir. Bankdan ipoteka kreditləri də almaq mümkündür. İpoteka kreditləri 10 il müddətinə verilir və illik faiz dərəcəsi 11 faizdir. Bu isə banklar arasında öz vəsaitləri hesabına verilmiş ipoteka kreditinin ən aşağı faiz dərəcəsidir.