26 yanvar 2017 14:38
538

Bilirsinizmi?

- Dişiniz ağrıyırsa baş və işarət barmaqlarınızın arasına buz qoyun. Bu üsul ağrınızı qismən də olsa azaldacaq.

- Asqırmağın qarşısını almaq istəyirsinizsə, dilinizi dümdüz və dişlərinizin arxasına tərəf yönəldin.

- Araşdırmalar nəticəsində məlum olub ki, sol qulaq musiqi və digər səsləri, sağ qulaq isə danışığı və sözləri daha yaxşı ayırd edir.

- Başınız çox ağrıyırsa qəhvə dənələrinin üzərinə limon suyu əlavə edib yesəniz ağrı azalacaq.

- Əllərinizdən sarımsaq və ya soğan qoxusu gəlməsini istəmirsinizsə, soymadan əvvəl əllərinizi limon suyu ilə silin.

- Kahı, gül kələmi kimi tərəvəzləri sirkəli suda 5-10 dəqiqə saxlayıb daha sonra yusanız mikroblar asanlıqla məhv olar.

- Kələm bişirərkən suyuna 1 almanı soyub əlavə edin. Bu həm kələmdə olan xoşagəlməz qoxunu aradan qaldıracaq, həm də həzm prosesini sürətləndirəcək.

- Ütünün saraltdığı paltarları isladın və üzərinə qarğıdalı nişastası tökün. Daha sonra təmiz bir bezin köməyi ilə nəmli hissəni ütü ilə qurudun. Ləkənin yox olduğunun şahidi olacaqsınız.

- Saçlarınızın gözəl qoxulu olmasını istəyirsinizsə, parfümünüzü birbaşa saçınıza vurmayın. Darağınıza bir az ətir vurun və saçlarınızı darayın.

- Sızanaqlardan əziyyət çəkirsinizsə, diş məcununu sızanağın üzərinə vurun və qurumasını gözləyin.

- Çatlamış əllərə limonun yarısını süzün və yarım saat gözləyin. Yuduqdan sonra əl kremi vurun. Əlləriniz daha yumşaq olacaq.

- Tərəvəzləri saxlayarkən altına kağız qoysanız, nəmi aradan qaldıracaq və tərəvəzlərin daha uzunömürlü olmasına kömək edəcək.

- İstəmədən çox duzlu etdiyiniz yeməyin içərisinə alma və ya kartof əlavə etsəniz duzluluq azalacaq.

- Şam işığında oturmaq beyinə gedən sinirlərdə rahatlıq hissi yaradır.

- Boğazınızda ağrı hiss edirsinizsə, 3-4 dənə mixəyi çeynəyin və ya çayınıza atın.

- Rəndələnmiş limon qabığı ilə dişlərinizi sürtsəniz daha bəyaz və parlaq dişlərə sahib olacaqsınız.

- Suda bişirdiyiniz yumurtanın suyunu dibçəklərinizə tökün. Bu, bitkilər üçün çox faydalıdır.

- Ürək bulantınız varsa, bir çimdik qəhvəni ağzınızda çeynəyin.

- Boğaz ağrısı zamanı dondurma yemək zərərli deyil, əksinə soyuq olduğu üçün faydalıdır.

- Portağalları sıxmamışdan əvvəl soyuq suda saxlasanız, əldə edilən şirə miqdarını  daha da artırarsınız.

- Yemək yeməzdən əvvəl dişlərinizi fırçalasanız daha az yemək yeyərsiniz və daha tez arıqlayarsınız.

- Duşdan əvvəl içilən 1 stəkan su təzyiqinizin düşməsinə kömək edəcək.

Röya Şahbazi, “İki sahil”