Kompleks tədqiqatlar nəticəsində həkimlər dünya ölkələrində insanların nə qədər yatması haqqında məlumatlar əldə ediblər. ABŞ və Avstraliyadan olan mütəxəssislərin bir neçə könüllünün üzərində apardıqları təcrübələr zamanı belə məlum olub ki, son zamanlar Avropada insanların yuxusunun orta göstəriciləri aşağı düşüb, Şərqi Asiyada isə əksinə yüksəlib.
Rusiyada orta hesabla insanlar 9 saat 20 dəqiqə, Yaponiyada cəmi 7 saat 16 dəqiqə yatırlar. Ən çox yatanlar isə argentinalılar seçilib. Onlar orta hesabla hər gün 10 saat 16 dəqiqə yatırlar.