01 fevral 2017 19:48
292

Dünyanın ən yaşlı fili öldü

Hindistanda Karnakata ştatında İndra adlı fil ölüb.

Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, 85-90 yaşı olduğu təxmin edilən İndranın ölüm səbəbi kəskin mədə iltihabı olub.

Baytarlar 15 il əvvəl dişləri tökülən filin bir müddətdir xəstə olduğunu, yemək yemədiyi üçün zəifləyib gücdən düşdüyünü bildiriblər.