ABŞ-ın Oreqon ştatında yaşayan Eşli Qlave adlı bir qadın evində saxladığı piton ilanı qulağına taxdığı pirsinqin dəliyindən keçirincə vəziyyəti ağırlaşıb.
Milli.Az haberler-ə istinadən xəbər verir ki, ABŞ-lı qadın "Bart" adını verdiyi ilanla oynayarkən ağlına gəlməyən başına gəlib. İlan Qlavenin geniş qulaq dəliyinə keçərək orada ilişib qalıb. Ağrı içində qalan qız ilanı qulağının dəliyindən çıxara bilməyincə, çarəni təcili olaraq xəstəxanaya getməkdə görüb.
Həkimlər Qlavenin qulağını keyidərək ilanı qızın qulağındakı dəlikdən çıxarmaq üçün əməliyyat ediblər.
Xəstəxana otağında qulağındakı ilanla doktoru gözləyərkən selfi çəkərək şəxsi Facebook hesabından paylaşan Qlavenin bu görüntüləri sosial şəbəkə istifadəçilərini təəccübləndirib.