06 fevral 2017 17:21
183

Atmosfer havasının monitorinqinin aparılması üçün yeni cihazlar alınıb

Ötən il Amerikanın “İntertech Trading Corporation” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən hava nümunələrində üzvi birləşmələrin, atmosfer havasında və işçi zonada karbohidrogenlərin, o cümlədən metan qazının, havada dispers tozun (PM2.5 və PM10) təyini, səs-küy və vibrasiya dərəcəsinin və radiasiya səviyyəsinin ölçülməsi ilə bağlı cihaz və avadanlıqlar alınıb. Hazırda cihazlardan monitorinq zamanı istifadə olunur.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindəm məlumat verilib.

Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan “Fəaliyyət Planı”nda atmosfer havasının monitorinq sisteminin Aİ direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması məqsədilə İsveçin OPSIS AB şirkəti arasında müqavilə bağlanıb, 1 ədəd üçüncü nəsil avtomatik, onlayn rejimdə çalışan müşahidə stansiyası quraşdırılıb. Hazırda hər gün bu stansiyadan atmosfer havasında PM10 dispers tozu, NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır.