06 fevral 2017 17:39
259

Dünyanın fasiləsiz ən uzun uçuşu

Qətər Hava Yollarına məxsus “Boeing-777” sərnişin təyyarəsi dünyanın fasiləsiz ən uzun uçuşunu həyata keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, Dohadan qalxan sərnişin təyyarəsi 14 min 535 kilometrlik məsafəni 16 saat 23 dəqiqədə qət edərək Oklend hava limanına enib.

Uçuşu həyata keçirən 4 pilot və 15 işçi üçün hava limanında qarşılanma mərasimi təşkil olunub.