07 fevral 2017 22:24
321

Qorillaya bənzədiyi üçün 100 min dollara satılıb

Qorillaya bənzər pendir parçası hərracda 100 min dollara satılıb

Naməlum şəxs 2016-cı ilin mayında Ohayo zooparkında güllələnən Harambe qorillası şəklində hazırlanan “Cheetos” pendirli çipsini “eBay” internet-hərracına çıxarıb.

AZƏRTAC xəbər verir ki, 132 nəfərin iştirak etdiyi hərracda lotun qiyməti sürətlə qalxaraq 100 min dolları ötüb. Hərrac bu nəticə ilə başa çatıb və “unikal” pendir parçası öz alıcısını tapıb.

Xatırladaq ki, dörd yaşlı oğlan uşağı qorillanın qəfəsinə girdikdən sonra 17 yaşlı Harambenin zoopark əməkdaşları tərəfindən güllə ilə vurularaq öldürülməsi ABŞ-da qalmaqala səbəb olmuşdu.