Monqolustanın paytaxtı elə bir regionda yerləşir ki, kəskin kontinental iqlimi var.
Şəhər dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir.
Bu səbəbdən Ulan-Batorda qış, xüsusilə yanvar ayı soyuq keçir. Temperatur tez-tez mənfi 40, bəzən 50 dərəcəyə qədər düşür. Amma buna baxmayaraq, hava quru olduğundan şaxta insanlara yaşamaq üçün çox problem yaratmır.
Paytaxta yağıntı az düşür, son illər yağan qar bir az çoxalsa da, qar boranlarından çox tozlu hava üstünlük təşkil edir.
Ulan-Batorda qız uzun çəkir: noyabr ayından martın sonuna qədər. Bu isə 100 gündən çox zaman deməkdir. Güclü şaxta səbəbindən su hövələri tamamilə donur.
Havanın belə sərt keçməsinə baxmayaraq, Ulan-Bator Monqolustanda həyatın bütün sahələrinin mərkəzidir. Ölkə əhalisinin təxminən yarısı paytaxtda yaşayır.