09 fevral 2017 15:18
279

Kosmik gəminin pəncərəsinə futbol topu çırpılıb

"Challenger" gəmisi partlayan vaxt kosmosa atılan futbol topu 30 il sonra Beynəlxalq Kosmik Stansiyanın şüşəsinə çırpılıb.

Trend-in məlumatına görə, NASA tərəfindən 1986-cı ildə kosmosa göndərilən, atmosferə çatmadan partlayan "Challenger" gəmisinin heyətində olan Ellison Onizukanın özü ilə götürdüyü futbol topu kosmosa atılmışdı.

O vaxtdan bəri həmin topun “aqibət”i Yerin oxu ətrafında fırlanan Beynəlxalq Kosmik Stansiyaya çırpılanda məlum olub.