Müğənnilər Mustafa Ceceli və İrem Dericinin "Kıymetlim" duetinə çəkdirdikləri klip bir gündə 1,5 milyon dəfə izlənib.
Milli.Az bildirir ki, müğənnilər sevindiklərindən rəqs edərək videolarını sosial şəbəkə hesablarında paylaşıblar.
Mahnının müəllifi olan müğənni Sinan Akçıl onların bu rəqsinə münasibət bildirib:
"4 saatda 150 min dəfə qəlbinizə toxunmuşuq. Siz aşiq olmağa, sonra da ayrılıb acı çəkməyə davam edin, mən sizin ortaq duyğularınızı yazaram. Möhtəşəm ifanıza görə də ayrıca təşəkkürlər".
İ.Derici isə paylaşıma "1 gündə 1,5 milyon dəfə izləniləndə biz" başlığını yazıb.