5 yaşlı Ramzes Sanqvino anasının düşündüyü rəqəmləri oxuya bilir.
Autizm xəstəliyindən əziyyət çəkən azyaşlı uşaq əsl dahidir. Yaşının az olmasına baxmayaraq, uşaq bir neçə dili öyrənə bilir və çətin cəbr tənliklərini həll edir. Bundan başqa onun dərrakə səviyyəsi o qədər yüksəkdir ki, bir çoxlarının fikirlərinə görə, uşaq əsl telepatik qabiliyyətə sahibdir.
Sanqvinin ən təəccüblü cəhəti odur ki, o, anasının ağlında fikirləşdiyi hansısa bir rəqəmi asanlıqla müəyyən edə bilir.
Sanqvinonun anası bildirib ki, “ bizim həqiqətəndə güclü bağlarımız var, lakin bütün bunlar təsəvvür edilməyəcək dərəcədə inanılmazdır. Mən bu fenomeni heç bir şəkildə açıqlaya bilmirəm”.