13 fevral 2017 21:22
318

Narıncı alliqator aşkar edildi

Amerikanın Cənubi Karolina ştatında narıncı alliqator aşkar edilib.      

Milli.Az xəbər verir ki, bu barədə "MIG News" məlumat yayıb.

Hanahan şəhərinin onu görən sakinləri alliqatorun gündə çox qaldığına dair zarafat edirlər. Alliqatorun niyə narıncı rəngdə olduğunun səbəbi kimi isə onun qışı paslı kanalizasiya borusunda keçirməsi ehtimal edilir.   

Ekspertlərin sözlərinə görə, alliqator yaxın günlərdə öz dərisini təzələyərək, normal rənginə qayıdacaq.