14 fevral 2017 00:38
341

Fars körfəzi üzərində “Səma yarışları”

BƏƏ-nin paytaxtı Abu-Dabidə “Red Bull Air Race” dünya seriyasının 75-ci yubiley mərhələsində planetin 14 ustadı çıxış edib.  

Oxu.Az xəbər verir ki, mühərriklərin gurultusu və fevral ayının 11-də səmada donan yüksək pilotaj fiqurları sirli ab-hava yaradıb. 

Qalib adı üçün pilotlar mübarizənin hər saniyəsindən bəhrələnməyə çalışırdılar. 

Bu mərhələdə çexiyalı Martin Sonka fərqlənib, o kombinasiyanı 0.53.139 saniyəyə başa vurub.

İkinci və üçüncü yerləri ispaniyalı Xuan Velarde (0.54.166) və kanadalı Pitu MakLeod (0.54.632) qazanıb.   

Ötənilki qalib almaniyalı pilot Mattias Dolderrer dördüncü olub: o, 14-cü darvazadan keçərkən buraxdığı səhvə görə cərimələnib.

Builki “Red Bull Air Race” yarışlarının əsas sürprizi xanım pilot Melani Astlenin iştirakı idi.

O, aerobatika üzrə beşqat Fransa çempionudur, eləcə də Avropa və dünyanın ən yaxşı pilotlarının ilk onluğuna daxildir. Melani “Red Bull Air Race” yarışlarının “Challenger” sinfində iştirak edib.

Burada bir qədər az təcrübəsi olan pilotlar yarışır, Melani 1:01.197, 4 saniyə göstərici ilə üçüncü yeri tutub. 

Xatırladaq ki, “Red Bull Air Race” – təyyarələrin hava yarışlarıdır, yarışların əsasını aerobatika – yüksək pilotaj fiqurlarının nümayişi təşkil edir. Bu yarışlar avia-slalom kimi yeni idman növünün yaranmasına səbəb olub. Avia-slalom minimum zaman ərzində maneələri aşaraq hava məsafəsini keçməlidir, amma bu, sadəcə, sürət yarışı deyil, biz bunu yüksək pilotaj adlandırırıq. 

“Səma yarışları” zamanı pilotlar 20 metrlik pilonları keçməlidir, amma 12G güclü yüklənməyə görə, alçaqdan uçmağa icazə verilmir. Bundan başqa birinci darvazadan keçid üçün maksimal sürət həddi 370 km/s ibarətdir. Sürət həddini aşan pilot yarışı davam etdirə bilməz.  

“Red Bull Air Race”in 2017-ci il üçün təqvim:

10-11 fevral – Abu-Dabi (BƏƏ);

15-16 aprel – San-Dieqo (ABŞ);

3-4 iyun – Tiba (Yaponiya);

1-2 iyul – Budapeşt (Macarıstan);

22-23 iyul – Kazan (Rusiya);

12-13 avqust – Avropa;

2-3 sentyabr – Avropa;

14-15 oktyabr – İndianapolis (ABŞ).