Sevdiyiniz mahnının sizə xoş olan hissəsini dinləyərkən keçirdiyiniz hissləri bilirsiniz?
Bəzi alimlər bu vəziyyəti qeyri-elmi sözlə ifadə edərək “titrəmə” adlandırırlar. Alimlər musiqiyə qulaq asan insanların keçirdikləri titrəmə zamanı ürək döyüntülərinin və tənəffüs tezliyinin artdığını, beyində müxtəlif assosiasiyaların və digər fiziki reaksiyaların yarandığını müşahidə ediblər.
Neyroloqlar isə insan beyninin musiqiyə verdiyi cavabı belə izah edirlər. Beyindəki dophamin adlı hüceyrənin ifraz etdiyi kimyəvi maddələr insan beyninə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Buna görə də insan çox vaxt ona xoş olan hər hansı bir şeyin aludəsinə çevrilir. Məsələn, qida və narkotik kimi. Sevdiyiniz musiqi də insanı bu səbəbdən özündən asılı edərək sanki beyinə narkotik təsiri bağışlayır. Buna görə də dophamini yüksək edən sevimli musiqi insan əhvalına təsir edir. Bu tədqiqat “Nature Neuroscience” jurnalında da nəşr olunub.
İnsanın musiqidən asılılığına həqiqətən dophaminin səbəb olduğunu aşkar etmək üçün McGill Universitetinin tədqiqatçıları iştirakçılara dinləmək üçün hər hansı bir mahnı və sevdikləri mahnını seçiblər. Müşahidə nəticəsində musiqini dinləyərkən iştirakçının musiqinin xoş olan hissəsində titrəmənin baş verdiyini bu zaman ürək döyüntülərinin və tənəffüs tezliyinin artdığını, beyində müxtəlif assosiasiyaların və digər fiziki reaksiyaların yarandığını müşahidə ediblər. Onlar, həmçinin iştirakçının musiqi dinləyərkən beyin fəaliyyətinin funksional maqnetik rezonans tomoqrafiyasının (fMRI) və pozitron emissiya tomoqrafiyası nəticələrini də izləyiblər. Nəticə olaraq , onlara xoş olan musiqini dinləyərkən beyində dophaminin artdığını və funksional maqnetik rezonans tomoqrafiyasının (fMRI) nəticələri sevilən musiqinin beyni özünə “cəlb etdiyini” göstərib. Buna görə də çalışın musiqidən zövq alın.
Leyla Şıxəliyeva, “İki sahil”