15 fevral 2017 01:05
393

1000 ədəd dron eyni anda uçaraq dünya rekordu qırdı

Çinin Guancou əyalətində yeni dünya rekorduna imza atılıb.

Çində hər il keçirilən “Fənər festivalı” zamanı səmaya eyni aynda bir-biri ilə sinxronizə olunmuş 1000 dron qaldırılıb.

Dronlar səmada Çinin xəritəsini və s. simvolları formalaşdırıblar.

1000 dronla həyata keçirilən bu şou Ginnesin Rekordlar kitabına ən çox dronla edilmiş sinxronizə şou kimi qeydə alınıb. 

Məlumat üçün qeyd edək ki, indiyə qədər bu rekordun sahibi 500 dronla “İntel” şirkəti idi.