Bütün bioloji potensialdan istifadə edərək insan ömrünü 500 ilə qədər uzatmaq olar. Bu barədə “Google” şirkətinin tədqiqatçıları məlumat veriblər.
Genetika və xəstəliklərin diaqnozlaşdırma sahəsi üzrə məşğul olan məşhur brend təmsilçiləri bildiriblər ki, hazırkı dövrümüzdə insanın ömür müddəti biloji potensialla əlaqədar olaraq çox aşağı səviyyədədir. Buna səbəb bir çox xarici faktorlardır: çirkli ekologiya, qeyri-düzgün qidalanma və müxtəlif növ xəstəliklər və.s. Alimlər bildiriblər ki, əgər insan ciddi qaydalara riayət etsə ömrünü iki dəfə uzada bilər.
Sağlam həyat tərzi şərtlərində insanlar öz ömürlərini minimum 120 il qədər uzada bilərlər. Bunun üçün ilk öncə böyük şəhərdə yaşamaqdan imtina etmək lazımdır. İnsan üçün ən yaxşı yaşayış məskəni sivilizasiyadan uzaq bir yerdir. Eyni zamanda gələcəkdə həyat fəaliyyəti dövründə texnoloji vasitələrə tutunmaq lazımdır. Söhbət tibb sahəsində müxtəlif növ müasir stimulyatorlardan gedir.