13 yanvar 2021 17:05
269

7 avtomobil hərracda: 1970-ci ilin "Qaz-24"ü 2250 manat, “Ford Mondeo” 3500 manat, "Nissan Altima”4500 manat

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 9 fevral tarixində təşkil ediləcək.

“İki sahil” xəbər verir ki, hərraca 7 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılmış avtomobillərin start qiyməti -1970-ci ilin istehsalı olan “QAZ-24”  2250 manat, 1987-ci ilin UAZ-3303-01 avtomobili 1500 manat, 1992-ci ilin QAZ-31029-u 1200 manat (1800 manat olanı da var),  1999-un “QAZ-2705”i 1000 manat, 2007-nin “Ford Mondeo”su 3500 manat, 2005-in “Nissan Altima”sı 4500 manatdır.

Bildirilib ki, iştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına və ya Özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.