Bu gün ATV.az xəbərləri 181849 dəfə oxunub
00:17
Hindistanda ağıllara durğunluq verən hadisə baş verib.
ATV.az xəbər verir ki, ölkənin Deesa vilayətində yaşayan 12 yaşındakı Şhreya Darji adlı qızın qulağından dayanmadan qarışqa çıxır.
Həkimlər indiyə qədər onun qulağından təxminən mindən çox qarışqa çıxarıb. Şhreyanın qulağından hər gün orta hesabla 10-15 qarışqa çıxarılır.
Şhrey'nın qulağındakı problem ilk olaraq keçən ilin avqust ayında ortaya çıxıb. Qulaq ağrısı şikayətiylə yerli xəstəxanaya aparılan kiçik qızın qulağında qarışqa tapılıb. Bütün müalicələrə baxmayaraq, qızın qulağından qarışqa çıxmağa davam edir.
Ən maraqlısı budur ki, həkimlər Şheyranın qulağında heç bir anormallıq tapa bilmirlər. O, heç bir ağrı hiss etmir, qulaq kanallarında hər hansı bir nasazlıq yoxdu, normal eşidə bilir.