Qara rəng saçlarınızı sarıya boyamaq istəyirsiniz, lakin tərkibi kimyəvi maddələrdən ibarət olan saç boyalarından istifadə etmək istəmirsiz? O zaman indi təqdim edəcəyimiz məsləhəti diqqətlə dinləyin.
Sadəcə saç kremi və darçın istifadə etməklə, saçların rəngini dəyişmək mümkündür. Bunun üçün saç kremi və üyüdülmüş darçını yaxşıca qarışdırın. Daha sonra isə bu qarışığı yaş saçınıza çəkin və sellofanla bağlayın. 6-8 saat gözlədikdən sonra saçlarınızı yuyun və müsət nəticənin şahidi olun.