16 mart 2017 23:08
310

Misir NATO yanında daimi nümayəndəlik yaradır

Misir dövləti NATO yanında bu ölkənin daimi nümayəndəliyinin yaradılması barədə qərar qəbul edib. Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün müvafiq fərman imzalayıb.

Şimali Atlantika Alyansı yanında Misirin daimi missiyasının rəhbəri vəzifəsinə (əvəzçilik üzrə) Misirin Belçikadakı səfiri İhab Mühəmməd Mustafa Fauzi təyin edilib.