“Abşeron yarımadasında xeyli sayda adsız göl var”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, ekspedisiya Abşeronda yerləşən adsız göllərin siyahısını hazırlayacaq: “Məsələn, Duz gölünün yaxınlığında bir göl var, xəritədə baxırıq ki, onun adı yoxdur. Belə göllərin sayı çoxdur. Həmin göllərin coğrafi koordinatları xəritələrdə yenidən işlənilməlidir”, – deyə Ə. Qaralov qeyd edib.