13 aprel 2017 00:00
306

Dünyanın ən nazik mikroprosessoru istehsal edildi

Avstriya fizikləri bir neçə atom qalınlığında olan mikroprosessor istehsal ediblər.

"Ölkə.Az" xəbər verir ki, yeni prosessor disulfid molibdendən təşkil edilib və 115 tranzistora malikdir. Bu prosessor tam olaraq yarımötürücülərdən ibarət olaraq ən mürəkkəb qurğu sayılır.

Mikroprosessor istifadəçi tərəfindən verilən alqoritmi yerinə yetirə bilir və məlumatı periferik qurğuya ötürür. Yeni qurğu ikiölçükü struktura malikdir. Alimlərin fikrinə görə isə bu, məhsuldarlığın azalmasının qarşısını alır. Bu yolla alimlər elektron komponentlərin kiçildilməsində ən yaxşı nəticə əldə etmək istəyirlər.