Hamıya məlumdur ki, qidalar və sızanaqlar arasında xoşagəlməyən bir əlaqə var. Gözəl, təravətli bir dəriyə sahib olmaq üçün düzgün qidalanmaq vacibdir. Bəs hansı qidalar “qara siyahı”dadır?
İstifadə etdiyimiz qidaların tərkibindəki yağların növü dərimiz üçün çox önəmlidir. Bu qidaların başında “fast food” qidalar gəlir. Çünki bu kimi qidalarda təbii yağlardan istifadə olunmadığı üçün civzə yaradır.
Qızardılmış qidalarda yağlar çox yüksək dərəcədə qızardıldığı üçün tərkibindəki vitaminlər itir. Belə qidaları mütəmadi istifadə etdikdə orqanizm yeni hüceyrə istehsalında bu yağlardan istifadə edir. Bu səbəblərə görə qızardılmış bütün tərəvəzlərdən, xəmir məmulatlarından, yüksək dərəcədə qızardılan bütün ət məhsullarından uzaq durmağınız məsləhətdir.
Şəkər-sızanaq münasibətləri
Tərkibində yüksək miqdarda şəkər olan qidalar da sızanağa səbəb olur. Şəkər maddələr mübadiləsini iflas etdirdiyi üçün orqanizm bakteriyalara qarşı müdafiəsiz qalır. Şəkərli məhsullar dərinin elastikliyinin itməsinə səbəb olur. Quru dərilər infeksiyalara qarşı açıqdır. Çalışın dondurma, bol şəkərli meyvə suları, şokolad kimi məhsullardan istifadə etməyin.
Hazır qidalardan bacardığınız qədər uzaq olmaq, sağlam qidalanmaq, bol miqdarda su içmək arzuolunan dəriyə sahib olmağınızı təmin edəcək.
Röya Şahbazi, “İki sahil”