14 aprel 2017 22:51
714

Rənglərin həyatımıza təsiri

Rəng terapiyası yüzillərdir Yaxın Şərqdə tətbiq edilir. Eyni zamanda bir çox xəstəliyin müalicəsində də rənglərdən istifadə edilir. Hər rəngin özünəməxsus enerjisi olduğunu bilirdinizmi?

Artıq çəki problemini həll edir

“Biofoton” adlı müalicə üsulu ilə,  rənglərdən istifadə edərək artıq çəki problemlərini aradan qaldırmaq mümkündür. Təbii işıq və orqanizmin öz enerjisindən istifadə edilərək bu terapiya həyata keçirilir. Bədənə yapışdırılaraq istifadə olunan biofotonlar, qırışıqlığı, ləkələri və bədəndə olan ağrıları aradan qaldırır. Miqren ağrıları olan insanlar həmin nayihələrə biofotonları  tətbiq etməklə ağrılardan xilas ola bilərlər. Biofotonlardakı səs dalğaları damarlara rahatlıq verir. Bu üsul vasitəsilə siqareti də ata bilərsiniz. Mütəxəssislər qeyd edirlər ki, təbiətdəki bütün rənglərin bir enerjisi var.

Narıncı: Sevinc hissi verən bir rəngdir.

Mavi: Daxili dinclik, sevgi, hüzur, sakitlik və barış hissi verir.

Qırmızı: Canlandırıcı təsiri var. Motivasiya edicidir, qan təzyiqinə və bədən temperaturuna təsir edir. İştah açıcı rəng olaraq tanınır.

Yaşıl: Güvən hissi verən bir rəngdir. Zehni mənlikdə təsirlidir.

Qəhvəyi: Təhsil, mədəniyyət, sənət, əmin olmaq və sağlamlıq hisslərini özündə birləşdirir.

Çəhrayı: duyğunun və saf sevginin rəmzidir.

Sarı: Ağıl və zəka rəmzidir. Ümid, ilham hissi bəxş edir.

Qara: Güc və fərdilik rəngidir. İnad rəmzidir. Çalışın evdə qara rəngdən  istifadə etməyin.

Rənglər düzgün itifadə edildikdə həyatımıza müsbət təsir edir. Mütəmadi olaraq mavi rəngdən istifadə etdikdə özünüzü tənbəlləşmiş hiss etməyə başlayacaqsınız. Eyni zamanda qırmızı rəngdən istifadə etdikdə aqressiv bir ruh halına sahib ola bilərsiniz. Sevdiyiniz rəngləri fərqli rənglərlə qarışdırıb istifadə etsəniz ruhunuzu tarazlıqda saxlaya bilərsiniz.

Röya Şahbazi, “İki sahil”