15 aprel 2017 01:16
386

Dünyanın ən kiçik qəsrin qiyməti 690 milyon dollardır

İngiltərədə XIX əsrdə inşa olunmuş qəsr satışa çıxarılıb. Maraqlıdır ki, onun sahəsi təxminən 3 otaqlı evin sahəsi qədərdir.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, “Molly's Lodge” adlanan qəsr 1830-cu ildə tanınmış britaniyalı memar Edvard Blorun layihəsi əsasında tikilib.

Ümumi sahəsi 74 kvadratmetr olan qəsrdə yataq, qonaq və vanna otaqları var. Onun həyətində isə 2 avtomobillik qaraj, həmçinin qonaqlar üçün xüsusi otaq və kabinet inşa olunub.

Qiyməti 690 milyon dollar olan qəsrin çox kiçik olmasına baxmayaraq, o öz görünüşünə görə dünyanın ən qədim tikililərindən geri qalmır.