Alimlər bildiriblər ki, Avstraliya sahilləri yaxınlığındakı Böyük Mərcan Rifi məhv olur.
Böyük Mərcan Rifi dünyanın ən böyük canlı varlığıdır.
Böyük Mərcan Rifi 3 min fərdi mərcan rifindən ibarətdir və 2575 km məsafəyə yayılıb. Böyük Mərcan Rifi 344 min kvadrat kilomterlik ərazini əhatə edir.
İndi isə qlobal istiləşmə səbəbindən başlayan kütləvi solğunlaşma prosesi Böyük Mərcan Rifini öldürür. Su isinəndə mərcanlar stress vəziyyətinə düşür və daxillərində olan simbiotik orqanizmləri çölə buraxır. Simbiotik yosunları olmayan mərcanlar rənglərini itirir və böyümürlər. Sonra isə dağılmağa başlayırlar. Bərpa prosesi üçün isə on illərlə vaxt lazımdır.