15 aprel 2017 00:09
517

Boş binada 43 milyon dollar tapıldı

Nigeriyada boş bir binada 43 milyon dollar tapılıb.

Nigeriyanın Laqos şəhərində korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları lüks bir binada külli miqdarda pul ələ keçiriblər.

Polisə verilən xəbərə görə, çirkli paltar geyinən bir qadın binaya çantalarla girib-çıxırmış. Bu xəbərdən sonra polis binaya basqın edib.

Yataq otağındakı qarderobun arxasından da 110 min dollar ələ keçirilib. Polisin verdiyi açıqlamaya əsasən, pullar qanunsuz əməllərdən əldə edilib və hadisəyə görə saxlanılan yoxdur.