Alimlər bildirirlər ki, gecə saatlarında gün eynəyi taxmaq depressiya və bipolyar pozulmadan əziyyət çəkən adamlara kömək edə bilir. Araşdırmalar göstərir ki, gecə yatarkən kəhraba rəngli şüşədən hazırlanmış eynək taxmaq insanları manik əlamətlərdən (bipolyar pozuntunun yaratdığı depressiya) 3 gün ərzində azad edir. Onlar həmçinin bu araşdırmanın nəticəsi olaraq gecə yatarkən eynək taxmağın insanlara eyni zamanda yuxu və əqli problemlərlə mübarizə aparmaqda yeni vasitə olduğunu qeyd edirlər.
Eynəklər orqanizmin hər gün faydalandığı göy işığı blokada etməkdən ötrü nəzərdə tutulub. Bundan başqa, gün işığının əsas komponenti olan göy işıq kompyuter və mobil telefonların yaydığı işığın böyük hissəsini təşkil edir.
Göy işığın həddindən çox olması yuxunun keyfiyyətini azaldır. Alimlər bildirirlər ki, elektronikanın gecə saatlarında ətrafa yaydığı göy işığın təsirini azaltmaq və yox etmək üçün gün eynəklərindən istifadə oluna bilər.
Norveçin Bergen Universitetinin tədqiqatçıları bipolyar pozulma diaqnozunun qoyulduğu 32 xəstənin üzərində eksperimentə başlayıblar. Onların hər biri kəhraba rəngli şüşədən hazırlanmış eynəkləri axşam saat 6-dan başlayaraq yuxudan oyanana qədər taxıblar. Diaqnozun simptomları Young Mania Rating şkalasından istifadə etməklə bipolyar pozuntunun dərəcəsi ölçülüb. Nəzərdə tutulan eynəklərdən 3 gün istifadə edən xəstələrdə bu simptomlar 14.1 -ə qədər azalıb. Araşdırmanın baş müəllifi Tone Henriksen “NewsWeek” saytına verdiyi müsahibədə 3 gün ərzində bu eynəklərdən istifadə edən insanlarda dəyişikliyin nəzərə çarpdığını və bipolyar pozulmadan əziyyət çəkən insanların sürətlə sağaldığını bildirib.
Qeyd edək ki, bu araşdırma insanların əqli inkişafına və yuxusuzluqla mübarizə aparmalarına da kömək edir. Araşdırma göstərir ki, gecə saatlarında ətrafa yayılan göy işıq insanlarda yuxusuzluq, depressiya, hətta obeziti (artıq çəki) yaradır. Aparılan sınaq zamanı bu eynəklərdən istifadə edən insanların əqli problemlərinin azaldığı, onların depressiya və ağrılardan uzaq olduğu aşkar olunub.
Leyla Şıxəliyeva, “İki sahil”