18 aprel 2017 01:23
487

İsveçrədə Çarli Çaplinin ad günü belə qeyd edildi

İsveçrədə məşhur aktyor və rejissor Çarli Çaplinin ad günü qeyd edilib.

Çarli Çaplinin kostyumunu geyinən 600 nəfər onun xatirəsini yad edib.

Məşhur aktyorun yüzlərlə pərəstişkarı səssiz film ulduzunun İsveçrədəki evinə toplaşıblar. Onlar dahi aktyorun 128-ci ad gününü qeyd ediblər.

Veve şəhərindəki muzeyin yaxınlığında Çaplin həyatının 25 ilini yaşayıb. Başında şlyapa, əlində əsas olan 662 nəfər bu evə yığışıb. Qadınlar, kişilər və uşaqlar qara kostyum geyiniblər. Çarli Çaplin həvəskarları burunlarının altına bığ çəkiblər.

Bir yerə toplaşanlar beşguşəli ulduz formasında düzülərək xatirə fotosu da çəkdiriblər.