Amerikanın "Gellap" institutu 64 ölkə arasında sorğu keçirib.
Sorğu nəticələrinə əsasən, yaşamaq üçün ən xoşagəlməz ölkələrin siyahısı tərtib edilib.
Siyahıya liderliyi Syerra-Leone dövləti edir. Sakinlərin 64 %-i bu ölkəni birdəfəlik tərk etmək istəyir.
Mərkəzi Amerika ölkəsi Hondurasın da 36 % sakini miqrasiya etmək arzusundadır. Bildirilir ki, Qana, Nigeriya, Zimbabve, Seneqal və Nikaraqua dövlətləri siyanın ilk onluğunda yer alıb. Moldaviya siyahıda 28-ci, Monqolustan isə 29-cudur.
Maraqlıdır ki, ingilislərin və almanların 27, fransızların isə 18 %-i ölkəsini tərk etmək niyyətindədir.