18 aprel 2017 00:09
230

"Apple" şirkəti rəhbərindən xəbərdarlıq

"Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak 2075-ci ildə nələrin baş verəcəyi barədə fikirlərini bölüşüb.

Stiv təmsil etdiyi şirkətin "İBM" kimi uzun müddət fəaliyyət göstərəcəyini bildirib. "İBM" şirkəti 1911-ci ildə qurulub.

Voznyak deyib: "Baxın görün, "Apple"-in nə qədər pulu var. İstədiyi hər şeyə sərmayə qoya bilər. Şirkətin 2075-ci ili görməyəcəyini düşünmək gülməlidir. "Google" və "Facebook" da belə olacaq".

Stiv qeyd edib ki, 2075-ci ildə insanlar səhrada yaşayacaqlar. Çünki səhralar sıfırdan hazırlanan gələcəyin şəhəri üçün ideal yerdir. Onun fikrinə görə insanların həyatında süni intellekt böyük rol oynayacaq.

Voznyak kosmosun fəthinə də optimist yanaşır. 2075-ci ilə qədər insanlar Marsda koloniyalar yaradacaqlar və qırmızı planet insanlar üçün sənaye mərkəzi olacaq. Artıq insanlar yadplanetlilərlə əlaqə yarada biləcəklər.