Arxeoloqlar Rusiyanın Byransk əyalətində Paleolit dövrünə aid Venera heykəli tapıblar.
Heykəl mamont sümüyündən hazırlanıb. Dünyada bu tip heykəllər bir neçə ədəd olduğu üçün tapıntı tədqiqat üçün çox əhəmiyyətlidir.
Rusiya Arxeologiya institunun əməkdaşı Konstantin Qavrilov deyib: "Heykəlin tapıldığı Xotılyov düşərgəsi üst paleolit dövrünə aiddir. Bu isə incəsənətin başlanma mərhələsi sayılır.
O dövrün insanları rəssamlıq sənətinə aid ilk addımları ediblər. Amma müntəzəm olaraq kiçik həcmli nadir sənət nümunələri, oymalı ornament nümunələri tapırıq. Bu heykəl üst paleolit dövründə hazırlanıb. Karbon analizi onun 23 min il əvvələ aid olduğunu göstərir".