Dünyanın ən yaşlı insanı Yamayka sakini Vayolet Moss Braundur.
"Metro” nəşri xəbər verir ki, Vayoletin 117 yaşı var. O, 1990-cu il 10 mart tarixində Yamaykada dünyaya gəlib.
Qadın belə uzun ömür yaşamasına səbəb kimi içki içməməsini və təbiət qoynunda yaşamasını göstərib.
Ötən şənbə günü dünyanın ən yaşlı sakini Emmi Moran 118 yaşında dünyasını dəyişdikdən sonra Braun onun yerini aldı. Bununla bağlı ölkənin baş naziri sosial şəbəkədə Braunu təbrik edib.
Dünyanın ən yaşlı kişisi isə 1903-cü ildə anadan olan İsrail Kreştaldır. O, hazırda İsraildə yaşayır./AzNews.az