20 aprel 2017 01:26
312

Nəhəng aysberq sahilə yaxınlaşdı

Yazın gəlməsi ilə əriyən buzlaqlardan qopan göydələn böyüklüyündəki nəhəng aysberq Kanadanın şərqindəki Nyufoundlend adasına yaxınlaşıb. Ada sakinləri səhər oyandıqda okean sahilində gördükləri bu mənzərə qarşısında çaş-baş qalıblar.

Reuters xəbər agentliyinin foto müxbirləri Qreq Lokqe və Cody Martin həmin qeyri-adi olayı çəkiblər.

Professional və həvəskar bir çox fotoqraflar bu mənzərəni çəkmək üçün Nyufoundlend adasına axın etməyə başlayıblar.