21 aprel 2017 01:08
300

85 yaşlı aktyor 26 yaşlı qızla evləndi

Britaniyanın ən məşhur komik aktyorlarından biri, 85 yaşlı Cimmi Patton özündən 59 yaş kiçik qızla evlənib.

The Guardian bildirir ki, aktyorun xanımı Emi Fillipsin 26 yaşı var.

Pattonun dediyinə görə, Emi ilə Facebook-da tanış olub və 18 aylıq yazışmalardan, görüşlərdən sonra evlənmək qərarına gəlib.

"Təzə bəy"lə gəlin İngiltərənin Yorkşir qraflığındakı Maltbi şəhərində yaşayırlar.

Pattonun dediyinə görə, "bal ayı"nı Kanar adalarındakı Qran-Kanariya şəhərində keçirəcəklər.

"ChuckleVision" şousundakı rolu ilə məşhurlaşan aktyor Cimmi Pattonun əvvəlki xanımı Valeri 5 il əvvəl vəfat edib.

Eminin 65 yaşlı anası Meri deyib: "Qızımın özündən 59 yaş böyük şəxsə ərə getməsi bizi narahat etmir. Bu sevgidir, yaşın önəmi yoxdur".