21 aprel 2017 20:13
745

Ceyran dərisinə yazılmış qədim Tövrat aşkar edilib

Türkiyənin Adana vilayətində avtomobildə axtarış aparan polis əməkdaşları ceyran dərisinə yazılmış Tövrat aşkar ediblər.

Trend-in məlumatına görə, tarixi əsər qaçaqmalçılığında şübhəli bilinən 3 nəfər saxlanılıb.

Şübhəlilər ilk ifadələrində əlyazmadan xəbərsiz olduqlarını iddia ediblər.

Tarixi əlyazma Adana Muzey İdarəsinə göndərilib.