24 aprel 2017 23:38
978

Amerikalı kosmonavt qadın ikiqat rekorda imza atdı

57 yaşlı doktor Peqqi Vaytson kosmosda ən uzun müddət qalan ABŞ kosmonavtı kimi rekorda imza atıb.

Peqqi həm də kosmosa uçan ən yaşlı qadın kimi də tarixə düşüb.

Peqqi 534 gün kosmosda qalıb. O, Beynəlxalq Kosmik Stansiyanı idarə edən ilk qadın kimi də rekorda imza atıb.

Vaytsona qədər kosmonavt Ceff Uilyams kosmosda ən uzun müddət qalan ABŞ astronavtı sayılırdı. NASA-nın kosmonavtı Şeyn Kimruq isə aprel ayının əvvəlində Beynəlxalq Kosmik Stansiyanın rəhbərliyini Vaytsona təhvil vermişdi.

Doktor Vaytson isə ona kömək edənlərə Tvitter səhifəsində təşəkkür edib və yazıb: "Heç vaxt bitməyəcəyini düşündüyüm səyahətlərdən biri idi".

Qeyd edək ki, Peqqi kosmosa ilk dəfə 2002-ci ildə uçub.