Vəhşi təbiətin vəhşi qanunları var. Güclülər zəifləri parçalayır. Afrikanın vəhşi təbiətində ova çıxan leopard maraqlı mənzərə ilə qarşılaşıb.
Özündən zəifə hücum edən vəhşi heyvan bu dəfə ovçu yox, ova çevrilib.
Hadisə Afrikanın milli parklarından birində baş verib. Ac leopard iki vəhşi qabana hücum edib. Kiçik qabana hücum edən leopard ovunu parçalamaq istəyəndə gözləmədiyi vəziyyətlə üzləşib. Kiçik qabanın anası qaçıb qurtulmaq əvəzinə leoparda hücum edib. İti bıçaq kimi dişlərini leoparda saplayan qaban vəhşi yırtıcını qaçmağa məcbur edib. Leopard həm ovdan məhrum olub, həm də güc-bəla ilə canını qurtarıb.