"Uber" şirkəti 2020-ci ildə uçan avtomobili müştərilərin xidmətinə təhvil verəcək.
Bu barədə şirkətin nümayəndəsi Ceff Holden məlumat verib. Holden deyib: "Şəhər aviasiyası "Uber"-in növbəti addımıdır".
Onun sözlərinə əsasən, təmsil etdiyi şirkət insanlara daha çox vaxt qazandırmaq, yollarda gərginliyi azaltmaq və ətraf mühitin çirklənmə səviyyəsini minimuma endirməyə çalışır. Bu səbəbdən "Uber" uçan taksilərin istehsalına diqqət ayırıb.
Şirkət yeni modelini 2020-ci ildə Dubayda keçirilən sərgidə təqdim edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Monakoda keçirilən "Top Marques" avtomobil sərgisində slovakiyalı mühəndislər "AeroMobil" adlı ilk uçan avtomobilin prototipini nümayiş etdiriblər. Artıq sifarişlər başlansa da, şirkət ilk sifarişləri 2020-ci ildə müştərilərə təhvil verəcək.