28 aprel 2017 01:08
890

Sonuncu ağ erkək kərgədan subaylığın daşını atmaq istəyir

Keniyada yaşayan 43 yaşlı Sudan adlı kərgədan sonuncu ağ şimal kərgədanı sayılır.

Silahlı əsgərlər günün 24 saatı bu kərgədanı mühafizə edir. Sudan əvvəllər iki dəfə dişi kərgədanla cütləşdirilsə də, uğurlu alınmamışdı. Dünyada isə bu üç ağ şimal kərgədanı sonuncular sayılır.

"Tinder" saytında isə Sudan üçün profil açılıb və bu sözlər yazılıb: "Nəslimin davamı məndən asılıdır. Boyum 183 sm, çəkim isə 2.268 kq-dır".

Ağ şimal kərgədanları Afrikanın vəhşi təbiətinin nadir heyvanlarındandır. Amma buynuzlarına görə daim ovçular tərəfindən təqib edildiyi üçün nəsli kəsilmək üzrədir.

Sudanın nəslini artırmaq üçün süni dölləndirmə laboratoriyası qurulmalıdır. Bunun üçün isə 10 milyon dollar pula ehtiyac var. Əgər bu versiya alınmasa, Sudanın sperma nümunələri cənublu ağ kərgədanlar ilə çarpaz üsulu ilə mayalandırılacaq.