28 aprel 2017 14:40
1904

"Yadplanetli" həbs olundu

Özünü yadplanetli kimi təqdim edən kişi həbs olunub. Hadisə Macarıstanda baş verib.

54 yaşlı kişi ölkənin müxtəlif yerlərində insanları aldadaraq, 1,3 milyon avro qazanıb. O, insanları yadplanetlilərlə əlaqədə olduğuna inandıraraq, onlara ömürlərini uzatmaq və hədəflərinə çatmaq üçün pul qarşılığında vədlər verirmiş.

"Yadplanetli”-yə məhkəmənin qərarı ilə 8,5 il həbs cəzası verilib. (Metbuat.az)