Göz insan üçün ən dəyərli orqanlardan biri hesab olunur. İnsanların əksər qismi gözündə hər hansı bir problem olmadıqca onun sağlamlığına diqqət yetirmir. Göz xəstəliklərindən qorunmağın bir neçə üsulunu sizinlə paylaşırıq.
-”Uzağı və ya yaxını yaxşı görürəm” deyib müayinələrdən yayınmayın.
-Gözünüzə uyğun günəş eynəkləri ilə infraqırmızı şüalardan qorunun.
-Ailədə göz təzyiqi və ya sarı nöqtə xəstəliyi olan insanlar 40 yaşından sonra illik nizamlı yoxlanışa getməlidir. Çünki təkcə gözümüzün rəngi deyil, göz xəstəliklərimiz də genetik mirasın bir məhsuludur.
-” Bu körpənin nə gözəl iri gözləri var “ deyərkən diqqətli olun. Yenidoğulan və körpəlik dövründə normaldan böyük gözlər anadangəlmə göz təzyiqi xəstəliyinin əlaməti ola bilər.
-Nə qədər erkən yaşda müayinə olsanız, o qədər yaxşıdır. Göz xəstəlikləri erkən uşaqlıq dövründə müəyyən olunub müalicə edilsə, qalıcı görmə pozuqluğu olma ehtimalı azalır. 7 yaşına qədər müalicə olunmaq tövsiyə edilir.
-Quru göz yalnız orta yaşlı insanların deyil gənclərində probleminə çevrilib. Həddən artıq kompyuter qarşısında və ya kondisioner olan otaqda oturmaq gözlərinizin qurumasına səbəb ola bilər.
Göz bəzi xəstəliklərin xəbərçisidir
Xərçəng və ya beyindaxili şiş xəstəliklərini göz müayinəsi ilə bilmək olur. Belə ki, göz bəbəklərində baş verən dəyişikliklər, göz qapağının düşməsi, birdən-birə göz çevrəsindəki ağrılar ciddi xəstəliklərin göstəricisi ola bilər.
Gözlərdə sarı rəng, qaraciyər narahatlığının və ya xolesterin yüksəkliyinin əlaməti ola bilər
Gözün xarici tərəfindəki şəffaf qisimində ancaq göz həkiminin anlaya biləcəyi sarı bir xalqa və təcrübələr meydana gəlir.
Ürək xəstəliyinin ilk əlaməti gözlərdəki şişlikdir. Yuxudaykən baş ürək xəttinə gəlir və şiş ən çox göz qapaqlarında yığılır. Bu tip xəstəliklərdə adam səhərlər gözləri şiş olaraq oyanır. Günün ikinci yarısı gözlərdəki şişliklər azalır, ancaq bu tip şikayətlər adamda gizli ürək xəstəliyinin xəbərçisi ola bilər.
Röya Şahbazi, “İki sahil”