01 may 2017 16:53
298

34 bəylə gəlin bir toyda evləndilər

Əfqanıstanın Herat vilayətində dünən möhtəşəm toy mərasimi olub. "Ziyarəti Dal" ("Qəlblər ziyarəti") adlanan mərasimdə 34 cütlük bir toyda ailə qurublar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, yoxsul bəylə gəlinlərin evlənmələrinə şərait yaradıldığı bu toyda 7 əlil və görmə qabiliyyətindən məhrum 2 cütlük də vardı.

Toyun keçirildiyi saraya bəylərlə gəlinləri 14 toy avtomobili gətirib.