01 may 2017 21:33
448

İllər öncə tanış oldular, axırda bacı-qardaş çıxdılar

Qızla və oğlan xəstəxanadan verilən cavabdan şoka düşüblər

İngiltərənin Liverpul şəhərində yaşayan və süni mayalanma yolu ilə valideyn olmaq istəyən cütlük bacı-qardaş olduqlarını biliblər.

"Daily Mail” saytının verdiyi məlumata görə, Georgia Bond və Jack Bowman atalarını tapmaq üçün axtarışlara başlayıblar.

Əvvəlcə axtarışlara Jack Bowman başlayıb və 1998-ci il təvəllüdlü bacısı olduğunu öyrənib. O, Georgia Bonda da xəstəxanaya mürəciət edərək DNK analizi verməyi tələb edib. Çünki o, qız ilə oxşarlıqlarının çox olmasına görə şübhələnmişdi.

İki dost xəstəxanadan verilən cavabdan şoka düşüblər. Onlar xəstəxananın cavabını sosial şəbəkədə paylaşıblar.