02 may 2017 00:46
348

Valideynin yerinə uşaq bezini iyləyən qurğu

Koreyalı şirkət valideynlərin rutin işlərdən birinə kömək edən qadcet hazırlayıb.

"Monit" şirkəti Koreyada uşaqlar üçün məhsullar istehsal edən şirkətdir. Şirkətin yaratdığı yeni sensor havanın tərkibinin və ya temperaturun dəyişməyinə əsasən uşaq bezini dəyişdirmək lazım olub-olmadığını müəyyənləşdirir.

Sensor mobil telefona siqnal ötürür və çirkli uşaq bezi valideyn tərəfindən dəyişdirilir. Qadceti paltara çöl tərəfdən, uşaq bezinin üstündən bərkitmək olar. Bu zaman onu yumağa ehtiyac qalmır.