02 may 2017 00:21
588

Çində avtomobil alan şəxs 4 ton pul ödədi

Çinin Şenyanq şəhərində qəribə hadisə baş verib.

Qan adlı şəhər sakini 110 min dollarlıq avtomobili almaq üçün banka müraciət edib. Qan pulun 106 min dollarlıq qismini qəpiklə ödəmək qərarına gəlib. Bir çox bank bu tip ödənişə yaxın durmadığı üçün Qan bir yük maşını tutaraq qəpikləri banka gətirib.

4 ton çəkisi olan qəpikləri saymaq üçün bank əməkdaşları uzun müddət vaxt sərf ediblər.

Qeyd edək ki, Çinin Fujian vilayətində də bir şəxs mart ayında 100 min yuen dəyərində olan avtomobili alanda ödəməni qəpiklə etmişdi.